Asim Mollazadə: “Beynəlxalq təşkilatlar tərəfindən təcavüzkara qınaq olmalıdır” AÇIQLAMA
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Beynəlxalq Sülh Konfransının keçirilməsi təklifi qəbul olunsa belə, münaqişənin həllində heç nəyə nail olmaq mümkün olmayacaq". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, əgər burada söhbət BMT-nin, ATƏT-in müəyyənləşdirdiyi Sülh Konfransından gedirsə, bunun əhəmiyyətindən danışmağa dəyməz: "Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri demək olar ki, təcavüzkar ölkənin siyasətinə göz yumurlar. Beləcə heç bir məcburi qərarlar vermək istiqamətində hərəkət etmirlər. Beynəlxalq Sülh Konfransı heç nə verməyəcək. Bu, sadəcə yeni bir beynəlxalq turizm kimi hadisə olacaq".
A.Mollazadə əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ilk növbədə beynəlxalq təşkilatlar tərəfindən təcavüzkara qarşı qınaq olmalıdır: "Münaqişənin həllində irəliləyiş olmamasının əsas səbəbi ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların təməl sənədlərinə göz yumulur. Məhz ona görə də Ermənistana qarşı bu istiqamətdə hər hansı bir tənqid və yaxud da təzyiq elementi görmürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB