Suriyaya dəstək qrupunun təmsilçiləri ölkədə gedən müharibədə bir həftəlik atəşkəs barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib. "Biz Suriyada bir həftə ərzində atəşkəsin elan olunması ilə bağlı birgə razılığa gəldik"-deyə, amerikalı rəsmi bildirib.
Onun sözlərinə görə, tərəflər arasında atəşkəs çərçivəsi dövründə Suriyaya humanitar yardımların göndərilməsi barədə də ümumi razılıq əldə olunub. "Biz bu həftə ərzində Suriyaya daha geniş və tez müddətdə humanitar yardımların göndərilməsini müzakirə etdik və qərar qəbul olundu"-deyə Con Kerri vurğulayıb. Departament rəhbəri humanitar yardımın ilk növbədə daha ehtiyacı olan rayonlara, xüsusilə Dəməşqə göndəriləcəyini deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB