Səxavət Əlisoy: “Bloklaşma sonradan parçalanma ilə yekunlaşır” AÇIQLAMA

Səxavət Əlisoy: “Bloklaşma sonradan parçalanma ilə yekunlaşır” AÇIQLAMA

"İqbal Ağazadənin müxalifətin birliyinə ehtyacın olmaması və bu birliyi partiyaların inkişafına mane olması ilə izah etməsi reallıqdan xəbər verir". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, partiyalar inkişaf etməlidir, sonra isə birlik haqqında düşünmək olar: "Ancaq obyektiv səbəblərdən Azərbaycanda siyasi partiyaların inkişafı mümkün olmadığından onların bir-birini inteqrasiya etməsi prosesi çox ağrılı keçir. Azərbaycanda siyasi partiya institutu formalaşdıqdan sonra yalnız inteqrasiya barəsində düşünmək olar. Siyasi partiyalar hələ tam şəkildə oturuşmayıblar. Onlar sadəcə liderlərinin istəyinə uyğun şəkildə fəaliyyət göstərirlər. Təbii ki, burada da heç bir ideologiyadan söhbət gedə bilməz. O baxımdan da hər hansı birləşmə, bloklaşma sonradan parçalanma ilə yekunlaşır. Bu aspektdən İqbal Ağazadənin dediyi o fikirlərdə bir həqiqət var".

Bütün xəbərlər Facebook səhifəmizdə