Avropada baş qaldırmış miqrasiya böhranı səbəbindən Avrokomissiya Avropa İttiifaqına xəbərdarlıq etmək məcburiyyətində qalıb. SİA xəbər verir ki, bu barədə "inrefax.ru" yazır. Belə ki, quruma üzv olan Şengen ölkələrinin sərhədlərində total nəzarət güclənərsə bu, milyardlarla avro itkiyə səbəb olacaq.
"DW" nəşri isə yazır ki, Brüsseldə ictimailəşdirilmiş qiymətləndirməyə görə, Şengen zonasının süqutu ona üzv olan ölkələrə ümumilikdə 18 milyard avroya başa gələ bilər. Avrokomissiyanın sənədində qeyd olunur ki, sərhədlərin nəzarəti üçün əlavə tədbirlərə görə isə Şengen ölkələri 7,1 milyar xərcləyəcəklər. Qurumun sədri Jan-Klod Yunker eyni zamanda bildirib ki, artıq tədbiq edilən tədbirlərə görə ildə 1 milyard avro ödənməli olacaq.
Bundan əlavə, Avrokomissiya Şengenin ləğvinin baş verəcəyi təqdirdə digər itgiləri də nəzərə alıb. İlk növbədə bundan əmək bazarı, nəqliyyat və logistik kimi amillər zərər çəkəcək. Viza rejiminin tədbiqi turizmə də mənfi təsirlərini göstərəcək. Belə ki, buradakı itkilər ildə 10-20 milyard avro arasında dəyişir.
Bununla yanaşı, Brüssel və Avropa İttifaqına üzv ölkələr Yunanıstan qarşısında şərtlər qoyublar. Onlar Yunanıstan hökumətindən miqrasiya böhranının tez bir zamanda həll olunmasını və sərhədlərin mühafizəsini tələb edirlər. Ancaq avrokomissiyanın daxili işlər və miqrasiya üzrə komissarı Dmitris Avramopulos deyib ki, Avropa İttifaqının digər üzvləri zamanında öz dəstəklərini göstərsəydilər. Yunanıstandakı vəziyyət çətin olmaya da bilərdi.
Qeyd edək ki, qaçqınlar ordusunun Avropaya axını məhz Yunanıstan ərazisindən keçir və bu ölkənin rəhbərliyi milyonlarla insanın qarşısını almaq gücündə olmadığını etiraf edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB