"Münhen Təhlükəsizlik konfransında Azərbaycan Prezident səviyyəsində təmsil ediləcək". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, konfransda Prezident İlham Əliyevin enerji məsələləri ilə bağlı çıxışı olacaq.
Xatırladaq ki, 52-ci Münhen Təhlükəsizlik Konfransı səfir Volfqanq İşingerin sədrliyi ilə fevralın 12-dən 14-dək keçiriləcək. Suriyadakı müharibə, qaçqın böhranı və Avropa təhlükəsizlik nizamının böhranı konfransın gündəliyində əsas məsələlər olacaq.
Nazir həmçinin əlavə deyib ki, hələki ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş planlaşdırılmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB