Milli Məclisin deputatı hesabat yığıncağında iştirak edib FOTO

Milli Məclisin deputatı hesabat yığıncağında iştirak edib FOTO

9 fevral 2016-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. SİA-ya verilən məlumata görə, Zirə Mədəniyyət Mərkəzində "EKO-Parkda" 300 nəfər rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığınacağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Daha sonar rəsmi qonaqlar mədəniyyət mərkəzinin foyesində yerləşdirilən rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi inkişafını əks etdirən filmi izləyiblər.
Filmin nümayişindən sonra Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 2015-ci ildə Xəzər rayonunda görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində 2015-ci il bütünlükdə Azərbaycan Respublikası, o cümlədən Xəzər rayonu üçün uğurlu illərdən biri olub. Azərbaycanın regionları ilə yanaşı Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı sürətlə inkişaf edib. 2015-ci ildə rayonun sosial-iqtisadi həyatının bütün sahələrində yüksək inkişafa nail olunub. Daha sonra məruzə ətrafında MB Qrup Şirkətlər Qrupunun Baş direktoru Fərrux Qasımov, ORİNTEÇ MMC-nin Baş direktoru Nizami Heybətov, 149 № li məktəbin direktoru Rəhilə Baxşıyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etdilər. Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək dünyanın dərin siyasi, maliyyə böhranı ilə üzləşdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən, hərtərəfli düşünülmüş siyasəti nəticəsində Azərbaycanda davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu və həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində bu inkişafın davam edəcəyinə əminliyini bildirib.

O qeyd edib ki, hazırda cəmiyyətin bütün sahələrində islahatlar sürətlə davam etdirilir və bu islahat nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə