Politoloq: “Minsk qrupunun üzvlərindən birinin Rusiya olması məntiqsizdir” AÇIQLAMA
"ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer "The Huffington Post"da nəşr olunan "ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?" başlıqlı yazısında bildirib ki, "Ermənistan və Azərbaycan arasındakı təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlıq doğurur". O öz müsahibəsində həmçinin tanınmamış qondarma "Drestryanı Respublika" barədə də danışıb. Frank Valter Ştaynmayer atəşkəs rejiminin pozulması ilə bağlı mexanizmin yaradılmasını təklif edib". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, ATƏT sədrinin bu bəyanatını təhlil etdikdə belə qənatə gəlmək olar ki, Almaniya problemin həllində maraqlıdır: "Azərbaycan Prezidenti İlham Əliyevin keçən ilin yanvar ayının sonlarında Almaniya işgüzar səfəri zamanı Dağlıq Qarabağ məsələsinə xüsusi diqqətin olduğunu müşahidə etdik. Anqela Merkel görüşlərin nəticələri ilə bağlı təşkil edilən mətbuat konfransında Qarabağın işğalının arxasında Rusiyanın dayandığını dilə gətirməsi əslində bu münaqişəyə yeni format təklifi idi. Bu o deməkdir ki, ATƏT-in Minsk qrupunun üzvlərindən birinin Rusiya olması məntiqə uyğun deyildir".
O əlavə edib ki, faktiki olaraq işğalçı tərəf bu məsələnin həllində maraqlı ola bilməz: "Minsk qrupu yarandığı gündən indiyə qədər münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyib. O səbəbdən də Azərbaycan rəsmiləri və ictimaiyyəti artıq bu formata etibar etmədiyini dilə gətirir. Artıq hesab edirəm ki, bu məsələdə ictimaiyyətin dəstəyini qazanan Azərbaycan hakimiyyəti Minsk qrupunun failiyyətinə xitam verilməsi barədə təklilə çıxış etməlidir.Yeni yaradılacaq format və onun tərkibi barədə isə düşünməyə dəyər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB