"Yaxın zamanda qurulacaq partiyamızın əsas hədəfi uzun illərdir müxalifəti monopolyada saxlayaraq, heç bir real siyasi nəticə göstərməyən qüvvələri siyasi arenadan təmizləməkdir". Bu fikirləri SİA-ya "AĞ Blok" təşkilatının rəhbəri Tural Abbaslı qurumun siyasi partiyaya çevriləcəyinə və müxalifət düşərgəsinə yeni ab-hava gətirəcəyinə münasibətini bildirərkən deyib.
Onun fikrincə, rəhbərlik etdiyi təşkilat digər müxalifət qurumlarına alternativ yaransa da, ölkədaxili siyasətə yeni və sivil müxalifətçilik nəfəsi gətirməyi qərara alıblar: "Biz hazırda onlara alternativ olaraq yaransaq da, siyasətə yeni nəfəs gətirməyi düşünürük".
Tural Abbaslı sədr və liderlərindən narazı olan müxalifətçilərə də çağırış edərək, rəhbərlik etdiyi quruma üzv olmağa səsləyib: "Həmçinin bizim kimi özlərini üzv olduqları siyasi təşkilatlarda realizə etmək imkanı tapmayan gənclərə yeni platforma olacağıq. Artıq siyasi münasibətlər yeni müstəviyə keçməlidir. Boş-boş vədlər verərək 20 ildən artıq bir dönəmdə özünü müxalifət kimi göstərməklə siyasi mübarizə olmur. Real nəticələrlə xalqın qarşısına çıxmaq lazımdır. Odur ki, bir çoxlarından fərqli olaraq "AĞ Partiya" real nəticələr əldə etmək istəyən gənc siyasətçilər üçün şans arenası ola bilər".
Xatırladaq ki, Müsavat sıralarından istefaya getdikdən sonra siyasi blok yaradan Tural Abbaslı partiya yaratmayacağını, müsavatçılıq ideologiyasına sadiq qalacağını desə də, hazırda digər istiqamətdə iş apardığını inkar etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB