"DQMV-nin bərpa edilməsi hər hansı baxımdan bizə heç nə vəd etmir". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşad Mirbəşiroğlu millət vəkili Zahid Orucun Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifinə münasibətində deyib.
Onun sözlərinə görə, Azərbaycan dövətinin hazırda xarici siyasi və hərbi strategiyasının, ümumiyyətlə inkişaf strategiyasının başlıca hədəfi ölkənin ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir: "Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşməsi məsələsi isə ancaq Azərbaycanın həmin ərazilərə nəzarəti bərpa olunduqdan sonra müzakirə olunmalıdır. Bizim bir təşəbbüsümüz və istəyimiz ola bilər: Dağlıq Qarabağın və işğal olunmuş ətraf rayonların erməni əsarətindən qurtarmaq. Bütün fəaliyyət trendlərimiz buna aparır".
Hesab etmirəm ki, DQMV-nin bərpa olunması münaqişənin tənzimlənməsi istiqamətində hər hər hansı bir töhfə verə bilər. Bütün diqqətimiz torpaqların qeyd-şərtsiz azad olunmasına fokuslanıb və bu, ən düzgün yoldur. Hörmətli millət vəkilimiz Zahid Orucun fikirlərinə hörmətlə yanaşıram. Ancaq düşünürəm ki, indiki reallıqlar fonunda Dağlıq Qarabağın muxtariyyatı məsələsinin bizim tərəfimizdən gündəmə gətirilməsi məqbul deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB