“Rusiya-Türkiyə gərginliyinin açıq müharibəyə çevrilməsi inandırıcı deyil” ŞƏRH

“Rusiya-Türkiyə gərginliyinin açıq müharibəyə çevrilməsi inandırıcı deyil” ŞƏRH

"Rusiya Suriyada hərbi əməliyyatlar aparır və bu əməliyyatlar zamanı Türkiyə sərhədlərini pozması ehtimalları nəzərdən keçirilə bilər". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşad Mirbəşiroğlu Rusiya-Türkiyə arasında ikinci "təyyarə böhranı"nın yaranması və bunun açıq müharibə fazasına keçid ehtimalını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Rusiyaya məxsus hərbi təyyarənin onun sərhədlərini pozduğunu bildirib: "Türkiyənin xarici işlər naziri ABŞ, Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri ilə baş vermiş insidentlə bağlı müzakirələr aparıb. Onlar bu məsələdə Türkiyənin yanında olduqlarını bildirib. Rusiya tərəfi isə Türkiyə sərhədlərinin pozulması ilə bağlı səsləndirilən fikirləri təkzib etdi. Hesab edirəm ki, hər iki tərəf məsələyə diplomatik yolla aydınlıq gətirməyə çalışacaq".

Bütün hallarda məsələ tam aydınlaşdırılmalıdır. Düşünmürəm ki, nə vaxtsa Türkiyə ilə Rusiya arasında açıq müharibə baş versin. Ola bilsin ki, münasibətlərindəki gərginlik biraz da artsın, amma açıq hərbi qarşıdurmanın olacağını real saymıram. Rusiya-Türkiyə münasibətlərində gərginliyin atrması təbii ki, regiondakı vəziyyətə mənfi təsirlərini göstərə bilər. Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə sıx əlaqələrə malikdir. Tərəflər arasında gərginlik bir sıra məsələlərlə bağlı ölkəmizin də maraqlarına cavab vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə