Razi Nurullayev: “Əli Kərimlinin uydurduğu nağıllar heç kimə maraqlı deyil" AÇIQLAMA

Razi Nurullayev: “Əli Kərimlinin uydurduğu nağıllar heç kimə maraqlı deyil" AÇIQLAMA

"Qənimət Zahidin Əli Kərimli ilə bağlı bütün iddiaları Əli Kərimliyə qarşı qırılan inamı bərpa etmək və onun siyasi ömrünü uzatmaq fikrini güdür. Lakin bu, mümkün deyil". Bunu SİA-ya yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Əli Kərimlinin uydurduğu nağıllar heç kimə maraqlı deyil: "Görmüşük ki, bir nağılı oxuyan zaman, mütləq şəkildə onun axırına çıxıb, sonu bilmək istəyirsən. Amma, bu cür nağıllar maraqsız olduğu üçün onu heç kim axıra kimi oxumaq istəmir. İndi yeni nəslin dövrü gəlib. Yeni nəsil onu qəbul etmir. Çünki, nəticəsizlik uzun müddət davam edib. Əli Kərimli 12 seçkinin bu və ya digər şəkildə iştirakçısı olub. Amma nə dəyişib? Onun yalançı nağıllar uydurmağa sərf etdiyi zaman ərzində qonşu ölkələrdə bir neçə dəfə nəsil dəyişməsi baş verib. Onunla siyasətə bir başlayanlar çoxdan ya hakimiyyətdə və ya parlamentdə oturublar, ya da çoxdan silinib gediblər. Siyasətdə qalaraq uğursuzluq zolağını davam etdirmək üçün bu qədər nağıl və yalan uydurmaq başa düşülən deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə