Əli Əhmədov dərmanların əlavə dəyər vergisi məsələsinə aydınlıq gətirib

Əli Əhmədov dərmanların əlavə dəyər vergisi məsələsinə aydınlıq gətirib
"Azərbaycanda dərmanların əlavə dəyər vergisindən azad edilməsi məsələsi bir neçə dəfə gündəmə çıxarılıb. Bunun üzərində düşünülür". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. YAP İcra katibinin sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrində həm dərmanların əlavə dəyər vergisindən azad olunmasına dair, həm də dərmanların bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var: "Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan bir formada qərar qəbul olunacaq. Bütövlükdə Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib olan işlər görülür, bundan sonra da görüləcək. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin".

Bütün xəbərlər Facebook səhifəmizdə