YAP GB Gənclər Gününü qeyd edir YENİLƏNİR

YAP GB Gənclər Gününü qeyd edir YENİLƏNİR
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2015-ci il ərzindəki fəaliyyətinə və 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini Intiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri və YAP-ın fəal üzvləri iştirak edirlər. Əvvəlcə, tədbirdə YAP Gənclər Birliyinin 2015-ci il ərzindəki fəaliyyətini əks etdirən slayd-şou nümayiş etdirilib. Daha sonra çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gəncləri 2 Fevral Gənclər Günü münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə