Əli Həsənov məcburi köçkünlərlə görüşdü FOTOLAR

Əli Həsənov məcburi köçkünlərlə görüşdü FOTOLAR

Yanvarın 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilan, Qubadlı və Şuşa rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Əli Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə qarşıya qoyduğu vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb.

Baş nazirin müavini qeyd edilən rayonlardan olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə