“Danimarkanın Baş naziri işə velosipedlə gedib-gəlir, bizimkilər də...” Açıqlama

“Danimarkanın Baş naziri işə velosipedlə gedib-gəlir, bizimkilər də...” Açıqlama

"Necə ki, Danimarkanın Baş naziri və digər hökumət üzvləri işə velosipedlə gedib-gəlir, bizimkilər də heç olmasa yerli istehsal məhsulu olan avtomobillərdən istifadə etsinlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Qabil Hüseynli cənab prezident İlham Əliyevin sonuncu dəfə iştirak etdiyi müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O, bu çıxışın gələcəkdə məmur-vətəndaş münasibətlərinə necə təsir edəcəyini şərh edən ekspert vurğulayıb ki, cənab prezidentin səsləndirdiyi fikirlər xeyli pozitiv, təvazökar və xalqın ürəyindən idi: "O, məmurlara özünü yuxarı tutmamağı, məmurluğun xüsusi status olmadığını və işlərinin xalqa xidmətdən ibarət olduğunu bir daha xatırlatdı. Ən başlıcası isə məmurlara otaqlarını xarici mebellərlə bəzətməməyi tövsiyə etdi. Həqiqətən də, Azərbaycanda Avropa standartlarına yaxın yerli istehsal var. İlk növbədə yerli mal alınsın ki, qazanc da, onun vergiləri də ölkə büdcəsinə daxil olsun. İkincisi isə cənab prezident bildirdi ki, məmurlar Naxçıvanda istehsal olunan "NAX-LİFAN" markalı avtomobildən alsalar, yaxşı olar. Artıq həmin avtomobillərin 7-8 modeli buraxılır".

Məmurların xalqdan aralanmamalı olduqlarını deyən Qabil Hüseynli bildirib ki, onlar şık yaşamaq vərdişlərindən də uzaq durmalıdırlar: "Vətəndaşdan qorxmaq lazım deyil. Necə ki, Danimarkanın Baş naziri və digər hökumət üzvləri işə velosipedlə gedib-gəlir, bizimkilər də heç olmasa yerli istehsal məhsulu olan avtomobillərdən, mebellərdən istifadə etsinlər. Bu, onlar üçün heç bir narahatlıq yaratmayacaq. Əksinə ölkənin iqtisadi inkişafına təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə