Politoloq: “Həmsədrlərlə ciddi söhbət edilməli və ölkələrinə məlumat verilməlidir” AÇIQLAMA

Politoloq: “Həmsədrlərlə ciddi söhbət edilməli və ölkələrinə məlumat verilməlidir” AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin AŞPA-nın qış sessiyasında "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı iki məruzə ətrafında müzakirələr aparılması və qərar qəbul edilməsindən öncə buna etiraz etdiklərini eşidəndə çox təəccübləndim". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Minsk qrupunun həmsədrləri prosesin çözülməsinə töhvə verəcək qərara etiraz etmələrini əsaslandıra bilmirlər: "Söhbət Dağlıq Qarabağ probleminin həllindən gedirsə, bu problemin açarlarından biri də Sərsəng su anbarının ehtiyatlarından düzgün istifadə edilməsidir. O bölgədə su olmaması səbəbindən Azərbaycanın kənd təsərrüfatının 60 faizə qədər məhsulu itib-batır. Qeyri-konstruktiv mövqe tutduqlarına görə, həmsədrlərlə ciddi söhbət edilməli və ölkələrinə məlumat verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə