AXCP: “ Əli Kərimli “gopalogiya” elminin əsasını qoyub” AÇIQLAMA
"Hesab edirəm ki, müxalifəti mövcud durumdan yalnız konkret irəli sürülmüş layihələr çıxara bilər. Bunun üçün də ilk növbədə ölkədə fəaliyyət göstərən bütün müxalifət partiyalarının birliyi vacibdir". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) alternativ yaradılan AXCP-nin sədr müavini Səbuhi Aslanbəyli müxalifətin yanvarın 24 də keçirdiyi toplantısından sonra da ümumi birliyə gəlməmələrini şərh edərkən deyib.
Sədr müavini bildirib ki, əgər müxalifət partiyaları birgə layihələr üzərində işləyib hakimiyyətə təqdim etsə, o zaman hakimiyyətlə müxalifət arasında yeni siyasi dialoqların yaranmasına nail ola bilərik: "Bu da hakimiyyətlə müxalifət arasında yeni dönəm deməkdir. Təbii ki ənənəvi müxalifətin bu proseslərdən kənarda qalması qaçılmazdır. Qaragüruhçuluqla siyasət olmaz, konkret iş ortaya qoymaq lazımdır. Hərçənd ki, "gopalogiya elmi"nin əsasını qoyan Əli Kərimli kimi birinin konkret iş ərsəyə gətirəcəyi bir qədər şübhəli səslənir amma o da nəhayət anlamalıdır ki, yersiz pafoslu natiqlik etmək iş demək deyil. Ona görə də "Yurd"çular siyasi arenadan tamamilə siliniblər. İctimai rəydə bu simalar çoxdan unudulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB