Dünyanın tanınmış akademik nəşriyyatlarından biri olan "Elsevier" əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birlikdə ilk dəfə olaraq "SCOPUS Mükafatı Azərbaycan-2016" tədbiri keçirir.
SİA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış bir sıra elmi-tədqiqat və təhsil qurumlarına, həmçinin elmi jurnallara beynəlxalq qiymətləndirmə meyarları, həmçinin SCOPUS və SciVal bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunacaq.
Tədbirdə beynəlxalq qurumların təmsilçiləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmiləri, ali məktəb rektorları iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB