BAXCP rəsmisi: “Müxalifətin siyasətdən heç bir anlayışı yoxdur” AÇIQLAMA
"Çox təəssüf ki, müxalifətin birliyinin olmaması haqqında dəfələrlə fikirlər söylənsə də, yenə bu proses davam edir. Biri var hər bir partiya özünün Proqram Nizamnaməsinə uyğun olaraq addımlar atsın, biri də var ki, öz əsas məram, məqsədləri kənarda qalsın amma özləri bir-birləri ilə didişmə ilə məşğul olsunlar". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.
Onun sözlərinə görə, bütün bunlar nə həmin partiyaların (Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat, Azərbaycan Demokrat Partiyası və s.) özlərinə, Azərbaycanın demokratiyasına, nə də siyasi sisteminə heç bir xeyir gətirmir: "Bu baxımdan zaman-zaman onlar bəzi kütləvi informasiya vasitələrinin (KİV) səhifələrində müxtəlif təhqirəmiz ifadələr işlədib, ictimaiyyətə çatdırıblar və s. Hətta onlar dəfələrlə müxtəlif zamanlarda birləşməyə cəhd göstərsələr də hələ də bir araya gələ bilməyiblər. Əgər onlar öz etdiklərinin fərqinə varmayıblarsa deməli heç siyasətdən anlayışları belə yoxdur. Bu minvalla müxalifət Azərbaycan siyasətində qala bilməyəcək. Qalsalar belə xalq onları dəstəkləməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB