Politoloq: “Forumdakı iştirakımız və fəaliyyətimiz uğurlu olub” AÇIQLAMA

Politoloq: “Forumdakı iştirakımız və fəaliyyətimiz uğurlu olub” AÇIQLAMA

"Davos ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün dəvətlilər arasında dünyanın aparıcı biznes rəhbərlərini, siyasi liderləri, görkəmli təhlilçiləri və jurnalistləri gördük. Dünyada yeni situasiyaların yaranmasında bu Forumun xüsusi yeri var. Çünki, Forumda dünyada baş verən bütün kəskin problemlərin həllindən tutmuş səhiyyə və ətraf mühitin qorunması məsələlərinə qədər müzakirələr aparılır və dövlətlərarası razılaşmalar əldə edilir". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu Forum əslində dünyanın düzənini müəyyən edən bir hadisəyə çevirilib: "Azərbaycan Prezidenti təşkil olunmuş mətbuat konfransında sualları cavablandırarkən neftin qiymətinin dəyərdən düşməsi ilə bağlı zarafatla dediyi lakin reallığı əks etdirən cavabı neftin qiymətinin dərhal 6 faiz yüksəlməsinə səbəb oldu. Ölkə rəhbərinin bu təşəbbüsü digər neft ölkələrinin də xeyirinə olacaq. Dövlət başçısının bu forumdakı fəaliyyətinin nəticələrini yaxın gələcəkdə görəcəyik. Dünya siyasətini müəyyən edən ölkə rəhbərləri və iri çaplı biznesmenlərlə aparılan danışıqların müsbət nəticələri olacaqsa, demək bu forumdakı iştirakımız və fəaliyyətimiz uğurlu olub".

Bütün xəbərlər Facebook səhifəmizdə