Hikmət Babaoğlu: "Bu qərarlar Azərbaycan iqtisadiyyatında yeni mərhələ yaradır" AÇIQLAMA

Hikmət Babaoğlu: "Bu qərarlar Azərbaycan iqtisadiyyatında yeni mərhələ yaradır" AÇIQLAMA

"Prezident İlham Əliyev Davos İqtisadi forumunda dünyada baş verən iqtisadi və maliyyə proseslərini təhlil edərək, bu prosesin Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə təsirindən danışdı. Dövlətimizin başçısı ilk növbədə Azərbaycanda yeni iqtisadi təfəkkürə söykənən islahatlar aparılacağını və bu itiqamətdə artıq bir sıra qətiyyətli addımların atıldığını bildirdi. Cənab Prezident iqtisadi blokda əsas prioritet kimi ölkədə makroiqtisadi sabitliyin qorunmasını, biznes mühitinin yaxşılaşdırılmasını, pul-maliyyə şəffaflığının təmin edilməsini və qeyri-neft sektorunda ixracatın artırılmasının vacibliyini göstərdi. O qeyd etdi ki, yaranmış vəziyyətdə sosial sahədə heç bir problem olmayacaq. Lakin investisiya və digər xərcləmələrdə müəyyən məhdudiyyətlər yaranacaq". SİA-nın məlumatına görə, bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.

O qeyd edib ki, Prezident İllam Əliyev forumda diqqəti Azərbaycanın meqa layihələrinə çəkərək, TANAP, Bakı-Tibilisi-Qars dəmiryolunun, o cümlədən Yeni Beynəlxalq Dəniz limanının ölkəmizin iqtisadiyyatında böyuk rol oynayacağını bildirib: "Cənab Prezident qeyd etdi ki, yaranmış vəziyyət islahatlar üçün əlverişli məqamdır. Doğurdan da son günlərdə dövlətimizin başçısı tərəfindən alınan qərarlar Azərbaycan iqtisadiyyatında faktiki olaraq keyfiyyətcə yeni mərhələ yaradır, yeni iqtisadi kurs müəyyənləşdirir. Buraya lisenziyaların ləğv edilməsindən gömrüyün liberallaşdırılmasına, əmək haqları və müavinətlərin artırılmasından idarəetmədə aparılan islahatlara qədər olduqca geniş blok daxildir. Bura regionlarda sənaye zonalarının yaradılması ilə bağlı layihələri də əlavə etsək, ən qısa zamanda, Prezident İlham Əliyevin dediyi kimi, yeni, qeyri-formal iqtisadiyyatın yaranmasının və vergi bazasının genişlənməsinin şahidi olacağıq. Düşünürəm ki, bütun bunlar yaranmş vəziyyətdən çıxmaq üçün ən optimal və effektiv addımlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə