Rəhim Qazıyev təhqir edir, Pənah Hüseyn susur BİRTƏRƏFLİ HÜCUM

“İki eşşəyin arpasını bölə bolmədiyi halda…”
Rəhim Qazıyev təhqir edir, Pənah Hüseyn susur BİRTƏRƏFLİ HÜCUM

"Pənah Hüseyn kimi ikinci "ciddi" adam nə iqtidarda var, nə də ki müxalifətdə var". Sözügedən fikirləri SİA-ya sabiq müdafiə naziri Rəhim Qazıyev keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynə qarşı səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib.

Rəhim Qazıyev qeyd edib ki, Pənah Hüseyn dindən, namazdan danışsa da, insanları aldatmaqla məşğuldur. Sabiq nazir keçmiş baş nazirə ağır ifadələr işlətməkdən də çəkinməyib: "İki eşşəyin arpasını bölə bilmədiyi vaxt baş nazir postuna yiyələnən adamdan başqa nə gözləmək olar ki?"

Onun fikrincə, bu gün özlərini "lider" adlandıranların əksəriyyəti gündəmdə qalmaqdan ötrü yaltaqlıqla məşğuldurlar: "Hazırda mən siyasi arenada deyiləm. Ona görə də bu cür insanlar haqqında ümumiyyətlə danışmaq istəmirəm. Bir yığın yaltaq indi özünə müxalifət adı qoyub gündəmdə qalmaq istəyirlər".

Qeyd edək ki, biz cavab haqqı tanımaqla, Pənah Hüseynlə də əlaqə saxladıq. O, Rəhim Qazıyev barədə danışmağa lüzum görmədiyini bildirərək, qarşı tərəfin onun barəsində hansı fikirlər səsləndirdiyinin maraqlı olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə