Toğrul Allahverdili: "O vaxtlar xalqımızın adından ən ciddi bəyanatı Ulu Öndər vermişdi" AÇIQLAMA
"Sovet hökumətinin Bakıya ordu yeritmə qərarı o zaman Moskvada yaşayan həmvətənlərimizi bu haqsızlığa qarşı birləşdirmişdi. Ulu Öndər Heydər Əliyevin faciə ilə bağlı Moskvadakı məşhur bəyanatı isə dünya mətbuatında geniş yer almışdı". Bunu SİA-ya Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib.
O, ən böyük Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Rusiyada, xüsusilə də paytaxt Moskvada 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar müxtəlif tədbirlərin, anım mərasimlərinin keçirildiyini deyib: "O zaman proseslərin mərkəzində dayanan Moskva faciənin tarixində digər bir məqamla da yadda qalıb. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı bilavasitə imperiyanın mərkəzində, Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev verdi. 26 il öncə 19 Yanvar gecəsi Bakıda baş verən faciənin ertəsi günü aralarında Ümumilli lider Heydər Əliyevin də olduğu yüzlərlə həmvətənimiz burada Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binası qarşısında toplaşmışdı. O zaman Ulu Öndər Heyder Əliyevin öz həyatını təhlükəyə ataraq, sovet idarəçilərinin cinayət işlədiklərini açıq şəkildə bəyan etməsi bütün dünyada böyük reaksiyaya səbəb olmuşdu".
T.Allahverdili əlavə edib ki, Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Moskvadakı daimi təmsilçiliyindəki tarixi çıxışı ilə həm də o vaxtacan bölünmüş durumda olan Rusiyadakı Azərbaycan diasporunun birliyi üçün də sağlam bir təməl qoyduğunu vurğuladı: "Ulu öndər Heydər Əliyev bu addımı ilə həm də Rusiyadakı diasporumuzu birləşdirdi. Moskvada yaşayan həmvətənlərimiz arasında 26 il öncə baş verən o hadisələri xatırlayanlar az deyil. Qanlı faciənin 26-ci ildönümü bu il daha geniş anım tədbirləri ilə qeyd edildi. Hesab edirəm ki, sovet idarəçilərinin qanlı əməlləri barədə yerli sakinləri bir daha məlumatlandırmaq vacibdir. Bu məqsədlə çox sayda konfranslar və fotosərgilərin nümayişi keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB