"Baş verən o qanlı hadisələrdən bizi 26 il ayırsa da həmin günü Ümumxalq Hüzn Günü kimi qeyd edən xalqımız müstəqilliyimiz, azadlığımız uğrunda canlarını fəda etmiş Vətən övladlarını ilk günkü kimi hörmət və ehtiramla yad edir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) sədri, millət vəkili Şahin İsmayılov 20 Yanvar hadisələrinə münasibət bildirərkən deyib.
O bildirib ki, 20 Yanvar bizim qan yaddaşımızda silinməz bir tarix, şərəf günümüzdür: "Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar hadisələrindən 26 il ötür. Həmin günü yaşatmaq və onun mahiyyətini, Azərbaycanın müstəqil bir dövlət kimi varlığındakı önəmini dərk etmək və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur. 20 Yanvar hadisələrinin canlı şahidi olmuş insanlar əlbəttə ki, olanları dünən olmuş kimi xatırlayırlar. Digər tərəfdən isə 20 Yanvar hadislərini kitablardan, dərsliklərdən oxuyan, yetişməkdə olan gənc nəsil var. Azərbaycanın yetişən gənc nəslini, məktəb partaları arxasında oturmuş şagirdlərini 1990-ci ildə baş vermiş o qanlı, insanlığa yaraşmayan hadisələr haqqında məlumatlandırmaq bizim vətəndaşlıq borcumuzdur. Odur ki, ölkəmizin hər yerində Ümumxalq Hüzn Günü ən yüksək səviyyədə qeyd edilir, şəhidlərimizin ruhu hörmətlə yad olunur. İnsanlarımız axın-axın Şəhidlər Xiyabanını ziyarət edir. Respublika səviyyəsində həyata keçirilən anım tədbirlərində gənclərimiz xüsusi fəallıq göstərirlər. Bu çox sevindirici haldır. Gənclərimiz dərk edirlər ki, Azərbaycanın gələcəyi onların əlindədir və hər bir gənc öz növbəsində ölkənin dəyərləriniz qorunması, həqiqətlərin dünyaya çatıdırılması istiqamətində məsuliyyət daşıyır".
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da Ünmumxalq Hüzn Gününün qeyd edilməsini öz fəaliyyətində daim diqqət mərkəzində saxlayır və gənclərin məlumatlandırılması istiqamətində bir sıra irimiqyaslı aksiya və tədbirlər keçirib. Azərbaycan gəncliyi dövlətinə, millətinə sadiq, onun dəyərlərinə sahib çıxan bir gənclik kimi yetişir. Azərbaycan gənclərinin böyük əksəriyyəti şəhidlərimizə hörmət, vətənə məhəbbət bəsləyən layiqli gənclərdir və onlar lazım gələrsə şəhidlərimizin yolu ilə getməyə hər zaman hazırdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB