Nazir müavini: "Subsidiyaların artırılması nəzərdə tutulmur" AÇIQLAMA
"Kənd təsərrüfatı sahəsində tədbirlər bu il də davam etdiriləcək". Bu fikirləri SİA-ya açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
O bildirib ki, ölkəmizi bütün növ kənd təsərrüfatı məhsulları ilə daxili istehsalat hesabına təmin etmək qarşımızda duran ən böyük məqsəddir: "Əsas gücü bizdə olmayan məhsulların istehsalı sahəsinə yönəltməliyik. Taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı ciddi işlər gedir. Aqrotexniki tədbirlərin həyata keçirilməsi, taxılın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür".
Nazir müavini subsidiyaların artırılmasının hələlik nəzərdə tutulmadığını deyib..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB