Sədr müavini: “DGK-da ixtisarların aparılması nəzərdə tutulmur” MÜNASİBƏT

Sədr müavini: “DGK-da ixtisarların aparılması nəzərdə tutulmur” MÜNASİBƏT

"Hazırda Dövlət Gömrük Komitəsində ixtisarların aparılması nəzərdə tutulmur. Bu, gələcəkdə ola bilər, lakin hazırda gündəmdə deyil". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında DGK-nin sədr müavini Şahin Bağırov deyib.

O İranla əməkdaşlıq məsələlərinə də toxunaraq deyib ki, tezliklə Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirəcək: "Hazırda gündəmdə olan məsələ yüklərin, habelə sərnişinlərin keçid şərtlərini daha da sadələşdirməkdən ibarətdir. Sərhəd keçid məntəqələrinin fəaliyyətini genişləndirmək üçün digər ölkələrlə də danışıqlar aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə