Hikmət Babaoğlu: “Mirzə Xəzər Qərb imperializminin köhnə nökəridir” AÇIQLAMA
"Mirzə Xəzər Qərb imperializminin köhnə nökəridir. Hazırda ağaları ondan imtina etsə də köləlik o qədər canına hopub ki, o ağalarından imtina edə bilmir, imperializmə təmənnasız xidmət edir. Üstəlik də Azərbaycan xalqını kütlə adlandırır. Bununla da əslində azərbaycanlılara qarşı aşağıyayıcı mövqeyini nümayiş etdirir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu "Azadlıq" radiosunun keçmiş rəhbəri Mirzə Xəzərin bütün fəaliyyətini Azərbaycan üzərində qurmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Mirzə Xəzərin yazdıqları müstəqilliyi əldə etmiş və bir çox post sosialist xalqlarından fərqli olaraq onu qorumağı bacarmış bir xalqın mübarizə ruhuna təhqirdir: "Bu gün Azərbaycan ictimai şüuru mirzə xəzərləri dinləməyəcək qədər yetkin, onu ittiham edəcək qədər kamildir. Yatıb yuxusunda rəngli inqilablar görən mirzəxəzərlər real həyatda bunu heç vaxt görməyəcəklər. Çünki Azərbaycan xalqı ölkəmizdəki sabitliyin və inkişafın qədir -qiymətini yaxşı bilir. Regionda, islam dünyasında Mirzə Xəzərin xidmət etdiyi Qərb imperializminin törətdiyi terrordan, məzhəb savaşından, qardaş qırğınından uzaq olmaq istəyir".
H.Babaoğlu əlavə edib ki, hər bir azərbaycanlı yaxşı başa düşür ki, neftin qiymətini süni şəkildə elə Mirzə Xəzərin ağaları aşağı salıblar, dünyadakı iqtisadi böhranı onlar yaradıblar və idarə edirlər: "Məqsədləri də islam dünyasını Əfqanıstana çevirməkdir. Əgər Mirzə doğurdan da "Milli Mirzə" olmaq istəyirsə qoy bunları xalqımıza səmimi olaraq izah etsin, milləti üçün faydalı iş görsün. Yalnız bəlkə bundan sonra həqiqi mirzə kimi xatırlanmağa layiq ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB