Kamran Nəbizadə: "Hadisələr Azərbaycan iqtisadiyyatının xeyrinə ola bilər" AÇIQLAMA

Kamran Nəbizadə: "Hadisələr Azərbaycan iqtisadiyyatının xeyrinə ola bilər" AÇIQLAMA

"İran üzərindən sanksiyaların götürülməsində iqtisadi faktorlarla yanaşı, siyasi faktorlar da mövcuddur. İranın neft bazarına yolunun açılması istər-istəməz digər ölkələrin bazarlarına təsir edəcək". Bu fikirləri SİA-ya Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kamran Nəbizadə Avropa Birliyi və ABŞ-ın eyni vaxtda rəsmi Tehrana qarşı əvvəllər tətbiq etdikləri sanksiyaların qismən aradan götürülməsini elan etməsindən sonra Tehranla neft və qaz hasilatında əməkdaşlığa görə sanksiyalara məruz qalan şirkətlərdən məhdudiyyətlərin aradan qaldırılmasının Azərbaycan iqtisadiyyatına təsiri olub-olmayacağını şərh edərkən deyib.

Millət vəkili bildirib ki, İranın üzərindən sanksiyalar götürülənə kimi, ərəb ölkələrinin birjalarında qiymətlər aşağıya endi və böhranlı vəziyyət yaşandı: "Bu da onu göstərir ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi prosesi hələ davam edə bilər. Əgər bu amili istisna etsək, ölkəmiz bundan yalnız mənfəət əldə edəcək. Belə ki, qeyri-neft sektorunun inkişafında Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri daha da güclənəcək. Bu baxımdan, qalan faktorlara nəzər salsaq, hadisələr Azərbaycan iqtisadiyyatının xeyrinə ola bilər. Yəni bundan hər iki ölkə yararlana biləcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə