Kamran Əliyev: "10 gündə 7 nəfər həbs edilib" AÇIQLAMA- YENİLƏNİR

Kamran Əliyev: "10 gündə 7 nəfər həbs edilib" AÇIQLAMA- YENİLƏNİR

2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən görülmüş işlərə dair statistik göstəricilərə mətbuat konfransı keçirilir. SİA-nın verdiyi xəbərə görə çıxış edən idarə rəisi bildirib ki, 29 dekabr 2015-ci il tarixdə Iqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı idarə tərəfindən zəruri qabaqlayıcə və inzibati cinayət təqibi tədbirlər həyata keçirilib: "Son 10 gündə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanıb, 7 nəfər şəxs barədə həbs qətimkan tədbiri seçilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əsas vəzifələrindən biri ölkədə aparılan sosial-iqtisadi siyasətə təkan verməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə