PA rəsmisi: "Ehtimal olunur ki, Prezident Nüvə təhlükəsizliyi sammitinə qatılsın"

PA rəsmisi: "Ehtimal olunur ki, Prezident Nüvə təhlükəsizliyi sammitinə qatılsın"

"ABŞ üçün Azərbaycan həmişə mühüm, vacib əhəmiyyət daşıyan tərəfdaş olub". SİA-nın məlumatına görə, bunu bugün Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov ABŞ prezidenti Barak Obama tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Nüvə təhlükəsizliyi sammitində iştirakla bağlı dəvət məktubunun göndərilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ehtimal olunur ki, Prezident İlham Əliyev həmin tədbirə qatılsın: "Bu gün dünyada gedən proseslərin şahidiyik. Belə bir vəziyyətdə ölkəmizin həmin tədbirə dəvət alması önəmli əhəmiyyətə malikdir. Bu gün hər iki ölkənin əlaqələri müsbət məcrada inkişaf etməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə