Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin formalaşdığını nəzərə çatdırıb. XİN-dən SİA-ya verilən məlumata görə, Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Çarlz Kapçan ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etdi.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barəsində məlumat verərək, münaqişənin həlli və regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB