Yapon Hacıyev: “Azərbaycanda “Milli Şura” amili yoxdur, belə bir qurum gənclərə maraqlı deyil”

Yapon Hacıyev: “Azərbaycanda “Milli Şura” amili yoxdur, belə bir qurum gənclərə maraqlı deyil”

"Azərbaycan gəncliyi müxalifətin əsl simasını bilir. Düşünməsinlər ki, populist çağığışları ilə gənclərimizi özlərinə tərəf çəkə bilərlər. Çünki bu günkü Azərbyacan gəncliyi daha savadlıdır, daha vətənpərvərdir, daha ağıllıdır. AXCP-Müsavat hakimiyyəti gənclərimiz arasında oğurluq halları pik həddə çatmışdı, gənnclər təhsildən, dövlət qayğısından məhrum edilmişdilər. Ancaq bu günkü gəncliyimiz dünyanının ən aparıcı ali məktəblərində təhsil alırlar, mühüm dövlət vəzifələrində çalışırlar".

Bu fikirləri SİA-ya açıqlamasında YAP Şuşa rayon təşkilatı gənclər birliyinin sədri, politoloq Yapon Hacıyev bildirib.

"Milli Şura"nın mitinq çağırışlarına münasibət bildirən Y.Hacıyev qeyd edib ki, Azərbaycanda "Milli Şura" amili yoxdur, belə bir qurumun məqsədi, məramı heç kimə maraqlı deyil: "Çünki xalqımız "milli şura"da toplaşan insanların keçmişindən xəbərdardırlar. Hər kəs bilir ki, "Milli Şura"da cəmləşənlər vaxtilə Azərbaycanı fəlakətə, xaosa, anarxiyaya sürükləyən, ölkədə vətəndaş müharibəsi yaradan insanlardır. Yaxın tarixi necə unutmaq olar? Bəlkə radikal müxalifət bunu unudub, amma xalqımız heç nəyi yaddan çıxarmayıb. Onların sayəsində rayonlarımız işğal olundu, dövlət büdcəsi talandı. Ötən əsrin 90-cı illərinin əvvəllərində insanlar küçə ilə gedə bilmirdilər, evlərinə çörək ala bilmirdilər".

Müxalifətin ənənəvi mitinqlərində 50-60 nəfər başıpozuq şəxsin iştirak etdiyini bildirən Y.hacıyev onu da əlavə edib ki, AXCP-nin mitinqinə gələn bir neçə nəfər var, onlar da aldadılmış şəxslərdir: "Cəbhəçilər, başda partiya sədrləri olmaqla 25 ildir ki, ətrafındakı insnaları aldadırlar. Gənclər təhsil almağa, oxumağa vaxt sərf edirlər, cəbhəçilər isə vəzifəyə gəlmək eşqi ilə oturub gözləyirlər. Elə bilirlər ki, 90-cı illərin əvvəllərində müftə qazandıqlarını bu gün də əldə edə biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə