Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident hökümətə ictimai nəzarətin vacib olduğunu bildirdi və İctiami Şuraların yaradılmasını qeyd edib. Bu halda sual yaranır bu nəzarət funksiyasını QHT-lər lazımınca yerinə bilərmi? Bu ictimai şuralarda daha çox hansı QHT-lərin təmsil olunması məqbul sayıla bilər? Söhbət etdiyimiz QHT rəhbərləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında cıxışından razı qaldıqlarını və hökümətin fəaliyyətinə ictimai nəzarətin olması ilə bağlı mövqeyini dəstəklədiklərini bildiriblər.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev hökumətə nəzarəti üçün ictimai nəzarətin vacib olduğunu qeyd etməsi haqlı mövqeydir. Bütün dövlət qrumları yanında ictimai nəzarəti həyata keçirəcək şuralar yaradılmalıdır. Azərbaycan qanunveriçiliyinə görə, dövlət qurumları nəzdində ictimai Şuralar yaradılmalı idi. Dövlət qurumları bunun üçün çox gecikiblər. Hesab edirəm ki, Prezident İlham Əliyev siyasi iradəsini ortaya qoyandan sonra böyük ehtimalla bu tezliklə yaradılacaqdır.
"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə:
- Azərbaycan Prezidenti İlham Əliyev ictimai nəzarət mexanizmlərinin işə salınmasının vacibliyini qeyd edərək bildirib ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır. Prezidentin bu mövqeyi şəffaflığın artırılmasına və hökümətin fəaliiyyətin daha da güclənməsinə xidmət edəcək. QHT sektoru İctimai Şuraların yaradılmasında fəal iştirak etməklə bu sahənin inkişafına öz töhfvələrini verməlidir. Bildiyim qədər artıq bəzi icra hakimiyyətləri və nazirliklərdə bu funksiyalar yaranıb. Əminliklə demək olar ki, hökümətin fəaliyyətinə İctimai Şuralar vasitəsi ilə ediləcək nəzarət çox müsbət nəticə verə bilər.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Dəfələrlə Prezident İlham Əliyev öz çıxışlarında ictimai nəzarətin vacibliyini vurğulayıb. Amma bu dəfəki Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin çıxşında maliyyə vəsaitlərinin xərclənməsində ümumiyyətlə, dövlət vəsaitinin xərclənməsində ictimai nəzarətin vacibliyində vurğuladı. Bu isə o deməkdir ki, dövlət ictimai nəzarətin daha da gücləndirilməsinin tərəfdarıdır.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB