Səbuhi Abbasov: “Media strateji təbliğat funksiyasını işə salmalıdır” AÇIQLAMA

Səbuhi Abbasov: “Media strateji təbliğat funksiyasını işə salmalıdır” AÇIQLAMA

"Dövlət başçısının iclasda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam uyğundur və əminəm ki, biz bu qərarların tezliklə müsbət nəticələrini hiss edəcəyik". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperi Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bu çıxış ölkəmizin yeni mərhələyə keçidi baxımından çox önəmlidir: "Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaq. Çıxışda ən diqqət çəkən məqam isə Cənab Prezidentin mediaya verdiyi qiymətdir. Demək olar ki, bir neçə dəfə Prezident medianın bu proseslərdəki əhəmiyyətli rolunu vurğuladı. Hesab edirəm ki, media, xüsusən də internet media bu proseslərdə mayak rolunu oynamalı, cəmiyyətə doğru-dürüst informasiyaların çatdırılmasında ciddi iş ortaya qoymalıdırlar. Əslində ölkə vətəndaşlarının demək olar ki, hər biri sosial şəbəkələr vasitəsi ilə sosial medianın subyektinə çevrilməkdədirlər. Bu mənada dünyanı bürüyən gərgin geosiyası hadisələr fonunda ölkəmizə dəyən iqtisadi zərərlərdən yan keçmək üçün media strateji təbliğat funksiyasını işə salmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə