“Tahir Kərimli dövlətimizə xələl gətirəcək qüvvələrin yanında ola bilməz” AÇIQLAMA

“Tahir Kərimli dövlətimizə xələl gətirəcək qüvvələrin yanında ola bilməz” AÇIQLAMA

"Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Məclisdə üç siyasi partiyanın Ayaz Mütəllibov xətti ilə Rusiyanın maraqlarını təmsil etməsi ilə bağlı fikirlərini bölüşüb". Bunu SİA-ya Vəhdət Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, müsavat.com saytı əl müxalifəti Əli Əliyevin Milli Məclisdə üç siyasi partiyanın Ayaz Mütəllibov xətti ilə Rusiyanın maraqlarını təmsil etməsi ilə bağlı fikirlərini bölüşüb: "Bundan sonra müsavat.com Əli Əliyevin çıxışına aydınlıq gətirərək bildirib ki, Ayaz Mütəllibov müxtəlif zamanlarda Vətəndaş Birliyi Partiyasının və ASDP-nin həmsədri olub. Vəhdət Partiyasının isə üzvü olmayıb. Sadəcə olaraq Vəhdət Partiyası radikal müxalifətdə olduğu dövrlərdə bir müddət Ayaz Mütəllibova simpatiya bəsləyib və onu müdafiə edib. Bununla da müsavat. com Əli Əliyevin Vəhdət Partiyasına qarşı irəli sürdüyü iddianın əsassız olduğunu ortaya qoymuş olub. Hər kəs bilməlidir ki, Vəhdət Partiyası ideologiyasının kökündə müsavatçılıq, türkçülük və azərbaycançılıq dayanır. Nə partiyanın sədri Tahir Kərimli, nə də sıravi vəhdətçilər milli dövlətçiliyimizə xələl gətirəcək qüvvələrin yanında yer ala bilməz".

Qeyd edək ki, VİP sədri Əli Əliyev Vəhdət Partiyasını, Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) və s. Rusiya meyilli siyasətdə və onun maraqlarını müdafiə etməkdə günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə