Kosta-Rika Azərbaycanda səfirlik açmaq istəyir

Kosta-Rika Azərbaycanda səfirlik açmaq istəyir

Kosta-Rika Respublikası Azərbaycanda səfirlik açacaq. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Kosta-Rikanın Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta-Rika Respublikasın 2016-cı ildə Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta-Rika Respublikasının bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə