Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, ABŞ prezidenti Barak Obama dəvəti Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda edib.
"Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir", - Obama məktubda vurğulayıb.
Xatırladaq ki, sammit yazda keçiriləcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB