Politoloq İranla Səudiyyə Ərəbistanı arasındakı problemi ŞƏRH ETDİ
"İranla Səudiyyə Ərəbistan arasındakı rəqabətin bir xeyli keçmişi vardır. Bu rəqabət xüsusilə İran inqilabından sonra güclənmişdir və bunun təməlində də hər iki dövlətin özlərini islam dininin qoruyucusu olaraq görmələridir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Politoloq qeyd edib ki, Səudiyyə hər iki müqəddəs islam şəhərinin Məkkə və Mədinənin sahibidir. Ona görə də Səudi kraliyyət ailəsi özlərini islamın rəhbəri olaraq görürlər: "İrana gəlincə, İran da bir İslam respublikasıdır. Lakin onun dini orientasiyası fərqlidir. Bu bir şiə dövlətidir. Etiraf olunmalıdır ki, iki dövlət arasında düşmənçiliyin əsasında məzhəb fərqinin müəyyən bir yeri var. Bundan başqa, məzhəb fərqindən törəyən geopolitik maraqlar da özünü göstərir. Səudiyyə Ərəbistanında, İraqda, Yeməndə, Livanda, Süriya və Bəhreyndə şiələr yaşayır və vəhhabiliyin güclənməsi ilə güclənən məzhəb davası da, bu iki dövlətin, o cümlədən də onların daxil olduqları ittifaqların arasında rəqabəti, sürtüşməni qızışdırıb. İran islam inqilabından sonra, İranda anti -ABŞ meyillikləri artmış, ABŞ-ın müttəfiqi olaraq görülən və şeytanın müttəfiqi sayılan Suudlar və Bahreynlərlə ara açılmışdı. Məkkədə bir xeyli zəvvarın ölməsi ilə nəticələnən 1987 hadisələrindən sonra da Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri 3 il kəsilmişdi. 2015-ci ildə yaşanan Həcc faciəsində də, İranın Səudiyyə Ərəbistanı hökümətini günahlandırdığını gördük. Biz Səudiyyə Ərəbsitanın və Körfəz Əməkdaşlıq Şurasının sünni Saddam Hüseyni İran - İraq müharibəsində dəstəklədiyini, Bəhreyndə şiələrin üsyanında 90 –cı həm də 2000-ci illərdə İranın da müxtəlif şiə qruplarına silah, lojistik dəstək verdiyini gördük. Hər iki ölkə OPEC-in qurucu üzvü olsa da, rəqib neft ixracatçısı olmaları onların arasında sürtüşmənin səbəbi deyil. Əsas səbəb hər iki dövlətin islam adına özlərini regionda "hami" və "qoruyucu" olaraq görmələridir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB