Əli Həsənov: "Bu, yalnız Kristofer Smittin təşəbbüsü olaraq qalacaq" AÇIQLAMA

Əli Həsənov: "Bu, yalnız Kristofer Smittin təşəbbüsü olaraq qalacaq" AÇIQLAMA

"ABŞ Konqresinə təqdim olunan layihəni sadəcə bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk. Kristofer Smitin anti-Azərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov güman edir ki, ABŞ Konqresi Azərbaycanla ABŞ arasındakı münasibətlərin əhəmiyyətini nəzərə alaraq bu layihəyə dəstək verməyəcək: "Bu təşəbbüs yalnız Kristofer Smittin təşəbbüsü olaraq qalacaq".

Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin müəllifi olduğu "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə gəlincə, Əli Həsənov bildirib ki, hökumətin Rövşən Rzayevin layihəsinə münasibəti də ABŞ-dakı bir konqresmenin təşəbbüsünə münasibət ilə eynidir: "Hər bir deputat təşəbbüs irəli sürə bilər. Parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır. Deputatlar bu təşəbbüslərin iki dövlətin münasibətlərinə verə biləcəyi xeyri, həmçinin vuracağı ziyanı dəyərləndirəndən sonra münasibət bildirməlidirlər".

ABŞ və Azərbaycan arasındakı münasibətlərin mövcud durumuna toxunan Ə. Həsənov qeyd edib ki, ikitərəfli əlaqələr əvvəlki qədər intensiv xarakter daşımasa da, qarşılıqlı təmaslar mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə