Jurnalistlərə mənzillərin sənədləri təqdim olunub YENİLƏNİR

Jurnalistlərə mənzillərin sənədləri təqdim olunub YENİLƏNİR

Bu gün Bakıda jurnalistlər üçün inşa edilən yaşayış binasında mənzil sahibi olan 100-dən çox sakinə Əmlak Məsələləri Dövlət Komitəsinin "Kütləvi çıxarış" kampaniyası çərçivəsində binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim edilib.

Tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncama əsasən tikilərək istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə