Əli Əhmədov: "Dərmanların qiymətləri ilə bağlı optimal variant hazırlanacaq" AÇIQLAMA
 "Təbii ku, qiymətlərin süni surətdə şişirdilməsinə imkan verilməyəcək. Manatın dollara olan məzənnəsinin enməsi ilə əlaqədar dərmanların qiymətlərində dəyişikliklər aparılacaq və qiymətlər hazırkı məzənnəyə uyğunlaşdırılacaq". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir: "Əlbəttə, belə bir addımı atmaqla hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər. Buna da nail olunub. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq, dərmanların qiymətləri məzənnədə baş verən dəyişikliklərə uyğunlaşdırılacaq. İndi də atılan addım ondan ibarət olacaq ki, iş adamları, Azərbaycana dərman idxal edən sahibkarlar ziyana düşməsinlər. Dərmanların qiymətləri ilə bağlı optimal bir variant işlənib hazırlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB