Millət vəkili: “Sarkisyan və Ohanyanın vurnuxmaları əbəsdir” AÇIQLAMA

Millət vəkili: “Sarkisyan və Ohanyanın vurnuxmaları əbəsdir” AÇIQLAMA

"Azərbaycanın güclənən hərbi-siyasi nüfuzu qarşısında Ermənistan hər gün bir qədər daha aciz vəziyyətə düşür". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, Sarkisyanın son Moskva səfərində gərginləşən Rusiya -Türkiyə münasibətləri fonunda Moskvadan daha cox güzəştlər əldə etmək və dağılmaqda olan ordusunu gücləndirmək cəhdləri də boşa çıxdı: "Beləliklə də baş verən hadisələr kontekstində Azərbaycan Rusiya münasibətlərinin korlanacağına ümid edən Ermənistan bunun da mümkün olmadığını gördü.Əksinə Bern görüşündə Rusiya tərəfinin S.Lavrovun münaqişənin nizamlanmasına dair təklifini bir daha müdafiə etdiyini bildirməsi erməniləri xeyli məyus etdi.Lavrovun Serbiyada iki ölkənin xarici işlər nazirlərinə təqdim etdiyi təklif isə yenilənmiş Madrid prinsiplərinə söykənir və münaqişənin mərhələli həllini nəzərdə tutur. Bu isə ermənilərin xəyal etdiyi həll yolu deyil.Azərbaycan tərəfi isə bu təklifi müzakirə etməkdən imtina etmir və onu xeyli məqbul hesab edir.Vəziyyət belə olduqda işğalçı Ermənistan bir növ hərbi -siyasi blef nümayiş etdirmək ,bununla da guya təzyiq etməyə nail olacağını düşünür.Sarkisyanin sərsəm bəyanatı da , müharibə ritorikası da elə bundan qaynaqlanır.Vəziyyət isə belədir ki, təmas xəttində və sərhədboyu ərazidə Azərbaycan ordusunun mütləq üstünlüyu var.Bu isə erməniləri vahiməyə salır.Ona görə Sarkisyan və Ohanyanın vurnuxmaları əbəsdir.Onsuz da Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə