Ermənistanın Müdafiə Nazirliyi atəşkəslə bağlı açıqlama verib. SİA-nın "Sputniknews"a istinadən verdiyi məlumata görə, Ermənistanın Müdafiə nazirinin sözçüsü Artsrun Hovanisyan Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda elan edilən atəşkəsin artıq mövcud olmadığını bildirib.
Hovanisyan iki ölkə arasında cəbhə xəttindən yaşanan hadisələrin müharibə olduğunu deyib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransa Xəbər Agentliyinə açıqlama verərək bildirib ki, erməni hərbi qüvvələri Azərbaycan ərazilərində qanunsuz şəkildə var olunduğundan atəşkəs pozulur: "Ermənistan bu torpaqlardan geri çəkilməlidir. Yalnız bundan sonra davamlı sülh əldə edilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB