KİVDF jurnalistləri mükafatlandırır YENİLƏNİR

KİVDF jurnalistləri mükafatlandırır YENİLƏNİR

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir. SİA-nın məlumatına görə, mərasimdə Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, KİV rəhbərləri iştirak edirlər.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2015-ci ildə KİVDF tərəfindən ayrıca və digər qurumlarla birgə bir neçə müsabiqə keçirilib. Bugünkü yazı müsabiqəsinə ümumilikdə 156 yazı təqdim olunub. Hər istiqamət üzrə ümumilikdə 6 qalib seçilib.

Tədbirdə qeyd edilib ki, KİVDF media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklər edib. Müsabiqə mövzuları jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilib.     

Bütün xəbərlər Facebook səhifəmizdə