Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Nərgiz Xələf, Yunan və Azərbaycanlı Gənclər Mərkəzi tərəfindən təşkil olunmuş, Azərbaycan və Yunanıstanın ikinci ikitərəfli İllik Görüşündə (Annual Meet Up 2015) virtual olaraq çıxış edib. AGAT-dan SİA-ya verilən məlumata görə, görüş Afina şəhərində Yunanıstanın dövlət nümayəndələri, parlament üzvləri, Azərbaycanın Yunanıstandakı səfirliyi, gənclər təşkilatları, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutub.
Çıxışı zamanı Nərgiz Xələf Azərbaycanın bu günkü iqtisadi və sosial inkişafından, beynəlxalq arenada qazandığı uğurlarından bəhs edərək, bunun ən bariz nümünəsi kimi Azərbaycan və Yunanıstan əlaqələrini misal çəkdi. Azərbaycan və Yunanıstanın gənclər təşkilatlarının əməkdaşlığının iki dövlət arasındaki əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayan AGAT sədri, gələcək ortaq layihələrindən də söz açıb.
Qeyd edək ki, görüşdə Yunanıstanın Mədəniyyət naziri cənab Aristides Baltas, Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Yunanıstanın keçmiş Energetika və İqlim dəyişikliyi naziri Yanis Maniatis, Yunanıstan və Azərbaycan dostluq qrupunun prezidenti deputat Kostas Tzavaras və digərləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB