Əfqanıstan prezidenti Azərbaycana gəlib FOTO

Əfqanıstan prezidenti Azərbaycana gəlib FOTO

Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini aeroportda Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə