Elçin Quliyev və Aydın Əliyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib FOTOLAR

Elçin Quliyev və Aydın Əliyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib FOTOLAR

2015-ci ilin dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev tərəfindən "Samur" dövlət sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb. Xidmətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdi-rilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafeyinin qorunması ilə bağlı son zamanlar qəbul etdiyi qərarların və verdiyi göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bu tapşırıqlar baxımından "Samur" dövlət sərhədindən buraxılış məntəqə-sindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilmiş və vəzifəli şəxslərin məruzələri dinlənilib. Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə