Pakistan polisi "İŞİD" terror təşkilatına maddi yardım edən zəngin qadınlar şəbəkəsini ifşa edib. SİA xəbər verir ki, bu barədə "afr" agentliyi məlumat verib. Agentlik Pakistanın Sind Raci əyalətinin terrorla mübarizə idarəsinin rəisi Ömər Xəttaba istinad edərək deyib ki, polis Kəraçi şəhərində "İŞİD" terrorçularına maddi yardım göstərən 20 nəfər qadının fəaliyyətini araşdırır. Qadınlar zəngin ailələrin üzvləridirlər.
Polisin bildirdiyinə görə, şəbəkənin təsisçisi terrorçuluq fəaliyyətinə görə həbs olunmuş Adil Məsud Batın arvadıdır. Terrorçu bu ilin mayında 44 nəfərin ölümünə səbəb olan terror hadisəsini törətməkdə ittiham olunub.
Məlum olub ki, şəbəkə terrorçulara "xeyriyyəçilik" pərdəsi altında pul, qida və s. yardımlar edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB