Musa Qasımlı: “Həmsədrlərin fəaliyyəti ikrah hissi doğurur” AÇIQLAMA

Musa Qasımlı: “Həmsədrlərin fəaliyyəti ikrah hissi doğurur” AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyan arasında İsveçrənin Bern şəhərində keçirilən görüşü bir neçə baxımdan qiymətləndirmək olar. Hər şeydən əvvəl, bu görüş göstərdi ki, Ermənistan tərəfinin "rəsmi İrəvan üçün Dağlıq Qarabağ münaqişəsinə dair məsələ yoxdur" deyərək, erməni ictimai rəyini sakitləşdirmək cəhdlərinin heç bir əsası yoxdur". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ikincisi, bu görüş onu göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın işğal edilmiş əraziləri boşaldılana qədər mövcud olacaq, Azərbaycan dövləti "oldu-bitdi" ilə barışmayacaq və işğal edilmiş bütün ərazilərini azad edəcək: "Üçüncüsü, bu görüş həmsədrlərə də lazım idi. Onlar hansısa bir işi gördüklərini hesabatlarına yazmalı idilər. Həmsədrlərin fəaliyyəti ikrah hissi doğurur. Onlar öz mandatlarını yerinə yetirə bilmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə