Müşviq Ələsgərli: “Bəzi KİV-lər özlərinin sponsorlarını gizlədirlər” AÇIQLAMA
"Ümumiyyətlə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunun bəndlərinin birində göstərilir ki, KİV-lərə sponsorluq edən şəxslər hansı həddə bunu edə bilərlər. Çox təəssüf ki, bəzən KİV-lər sponsorları ilə bağlı informasiyanı gizlədirlər. Baxırsan ki, satışı, yayımı yoxdur amma KİV qurumu fəaliyyət göstərir. Onlardan maliyyəsini soruşanda isə sponsorlarını misal göstərir". Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.
Onun sözlərinə görə, sponsorun nə qədər maliyyə ayırması, fəaliyyətinin qanunauyğun olub-olmaması barədə məlumat verilmir: "Məhz buna görə də İnzibati Xətalar Məcəlləsinin yeni variantı hazırlanıb. Həmin Məcəllənin 186-cı maddəsi KİV-ə sponsorluğu nəzərdə tutur. Orada göstərilir ki, əgər KİV-lərə göstərilən sponsor yardımları haqqında məlumat verilməzsə, onlar yüksək məbləğdə cərmələnəcəklər. Bunun əsas mahiyyəti budur. Hesab edirəm ki, çox düzgün bir addımdır. Çünki bir çox anti Azərbaycan KİV-lər var ki, onlar özlərinin sponsorlarının maliyyə mənbələrini gizlədirlər. Ona görə də bunların tapılması, aşkarlanması istiqamətində bu qərarın verilməsi yerində atılmış addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB